Kamran Ağayev penalti dəf edərək "Boavişta"nın qələbəsində pay sahibi olub - VİDEO

Kamran Ağayev penalti dəf edərək "Boavişta"nın qələbəsində pay sahibi olub - VİDEO Azərbaycan millisinin qapıçısı Portuqaliya çempionatında ilk qələbəsini qazanıb
Futbol
2 Oktyabr , 2016 23:45
Kamran Ağayev penalti dəf edərək Boaviştanın qələbəsində pay sahibi olub - VİDEO

Bakı. 2 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün "Boavişta"nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, 30 yaşlı qolkiper VII tur matçında "Moreyrense" ilə ev qarşılaşmasında forma geyinib.

Baş məşqçi Ervin Sançes onu start heyətinə daxil edib. Bu, Ağayevin "Boavişta"da ikinci rəsmi matçı olub. İlk görüşündə təcrübəli qapıçı "Portu"ya 1:3 hesablı məğlubiyyət acısı dadıb. Üstəlik, o, rəqibin 3-cü qolu zamanı kobud səhvə yol verərək, topu sadə vəziyyətdə əlindən buraxıb.

Bu səhvindən sonra çoxları baş məşqçinin Ağayevə bir daha şans verməyəcəyini düşünsə də, Sançes bir səhvə görə qapıçını günahlandırmağı düzgün saymayıb və "çərçivə"ni yenə ona həvalə edib. Boliviyalı mütəxəssis seçimində yanılmayıb və Kamran onun etimadını doğruldub. 26-cı dəqiqədə qonaqların futbolçusu Robertu azərbaycanlı qapıçı ilə penalti duelindən məğlub ayrılıb. Kamran onun zərbəsini qaytara bilib. "Boavişta" bundan 4 dəqiqə sonra hesabı açıb və ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. Bu, Ağayevin "Boavişta"da ilk qələbəsi olub.

Azərbaycan millisinin digər üzvü Emin Mahmudov isə yenə 18 nəfərlik heyətdən kənarda qalıb.

Qeyd edək ki, hazırda "Boavişta" 8 xalla 13-cü pillədə qərarlaşıb.

Portuqaliya çempionatı, VII tur

21:00. "Boavişta" - "Moreyrense" - 2:0

Qollar: Roça Lukas, 30, İdris, 86

Son xəbərlər

Orphus sistemi