Kamran Ağayev: "Neftçi"nin ikinci qolunda oyundan kənar vəziyyət var idi"

Kamran Ağayev: "Neftçi"nin ikinci qolunda oyundan kənar vəziyyət var idi" Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunda səfərdə Neftçiyə 0:2 hesabı ilə məğlub olan Keşlənin qapıçısı Kamran Ağayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
16 Sentyabr , 2018 23:58
Kamran Ağayev: Neftçinin ikinci qolunda oyundan kənar vəziyyət var idi

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olan "Keşlə"nin qapıçısı Kamran Ağayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

Sona qədər mübarizə aparsanız da sonda məğlub oldunuz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Biz hücuma da gedirdik. Qol vurmaq istəyirdik. Arxada müdafiə olunmurduq. Demək olar ki, yaxşı oyun sərgilədik. Qol epizodlarımız da oldu. İstifadə edə bilmədik. Rəqib də şanslardan yararlana bilmirdi.

Komandanın sərfəli nəticə qazanmasına nə mane oldu? Son dəqiqələrdə qol buraxdınız…

- Bəzən insanın fiziki gücü tükənir. Bu normal haldır. İdmançı gücü tükənən vaxt səhv edir. Axırıncı dəqiqələrdə təzyiq də oldu. "Neftçi”nin meydanında oynayırdıq. Buna baxmayaraq, biz də yaxşı çıxış etdik. Müdafiədə və hücumda da yaxşı idik. Ağıllı oynayırdıq.

"Keşlə” 1 xala layiq idi? Bu günkü matçda kompakt futbol sərgilədiniz.

- Qarşıdakı oyunlarda düzəlməyə çalışacağıq. Bəzən oyun zamanı aqressiv olub özümüzdən çıxırıq. Futbolda belə hallar baş verir. Oyunu izləyəcəyik. Səhvlərimizə baxacağıq. Məşqçi problemləri deyəcək, biz də düzəldəcəyik.

Son dəqiqələrdə qol vurmaq üçün irəli getdiniz…

- Hansı hesabla uduzmağın fərqi yoxdur. Bu kubok matçı deyil. Mən baş məşqçinin məsləhəti ilə irəli getdim. Çünki oyunun bitməsinə 30 saniyə qalmışdı. 1:0 və ya 2:0 hesabı ilə məğlub olmağın fərqi yoxdur. Bir xal qazana bilərdik. Düşünürəm ki, rəqibin ikinci qolunda oyundan kənar vəziyyət var idi. Oyun təcrübəmə görə bu ifadəni işlədirəm.

"Keşlə” hazırda yaxşı durumda deyil. Sizin fikrinizcə komanda nəyin hesabına düzələ bilər?

- Hamı öz üzərində işləməlidir. Hər şey məşqlə olur. Heç kim futbolçu olaraq dünyaya gəlmir. Yəqin ki, məşq edib bəzi şeyləri düzəltmək lazımdır.

Son xəbərlər

Orphus sistemi