Yuxarı

​Kamran Ağayev: "Maltaya uduzmaq faciə olar" - MÜSAHİBƏ

Meydana çıxıb qələbə qazanmaq lazımdır

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün keçirilən açıq məşq prosesində jurnalistlərin suallarını cavablandırıb. "Report" 29 yaşlı əlcək sahibinin müsahibəsini təqdim edir

- Milli komandanın hazırlığı necə gedir?

- Milliyə qələbə üçün dəvət olunmuşuq. Futbolda zəif komanda olmur. O vaxt deyil ki, rəqib zəif olsun. Elə hesab edirəm ki, Malta da bizimlə başabaş mübarizə aparan komandadır. Biz onlardan artığıq ki, əskik deyilik. İnanıram ki, meydançaya çıxıb qələbə qazanacağıq.

- Son açıqlamalarında ağrıların olduğunu bildirmişdiniz. İndi vəziyyətiniz necədir?

- İndi hər şey yaxşıdır.

- Səlahət Ağayev millidən kənarda qaldı. Demək olar ki, bu sizin əsas heyətə qayıtmağınız üçün yeni şansdır?

- Əsas heyətdə kimin oynayacağı bilinmir. Səlahətin xəstələnməyi yaxşı hal deyil. Ancaq əvəzolunmaz insan yoxdur. Start heyətində meydana çıxmaq önəmli deyil. Əsas odur ki, Azərbaycan qələbə qazansın.

- Robert Prosineçki bildirmişdi ki, onun üçün bir nömrəli qapıçı Səlahət Ağayevdir...

- Yəqin ki, düz deyir. Bu məşqçinin öz fikridir.

- Maltanı yoldaşlıq görüşündə 3:0 hesabı ilə məğlub etmişdik...

- Bunlar hamısı keçmişdə qalıb. İndiki halda isə heç nə bilinmir. Meydana çıxıb qələbə qazanmaq lazımdır.

- Azərbaycandakı karyeranızın son ili əsəbi, gərgin keçdi. Türkiyəyə gedişinizdən sonra verdiyiniz müsahibələrin birində rahatlaşdığınızı bildirmişdiniz...

- Türkiyə karyeram haqda danışmaq istəmirəm. Çünki indi millidəyəm və yalnız bu haqda düşünürəm. Əsəbiliyə qaldıqda, insanın həyatında şəxsi problemlər olur. Bizim işimiz futboldur və indi o gərginliklər arxada qalıb.

- Azarkeşlərə qələbə söz verə bilərsiniz?

- Hər şey Allahın əlindədir. biz isə əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Bu qədər futbolçu qələbəyə ümid verir. Ən azı evdə rəqibi məğlub etməliyik. Maltaya Bakıda uduzmaq faciə olar. Hazırda 0 xaldayıq. İrlandiya, Rusiya kimi yığmalardan xal ala biliriksə, Malta, Norveç, Bolqarıstan kimi komandalardan da xal alıb, qələbə qazanmalıyıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi