​Kamran Ağayev: "Hindistanı udub, özümüzü aldatmamalıyıq"

​Kamran Ağayev: "Hindistanı udub, özümüzü aldatmamalıyıq" "Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq?"
Futbol
28 Mart , 2016 13:30
​Kamran Ağayev: Hindistanı udub, özümüzü aldatmamalıyıq

Bakı. 28 mart. REPORT.AZ/ "Oyunun təzyiqinə əsasən deyə bilərik ki, o qədər də çətin görüş keçmədi. Qapımıza vurulan ilk zərbədə müdafiədə boşluq oldu və dəxlisiz qol vurdular. Düşünürəm ki, o topun qapıya getməsinin qarşısını ala bilərdim. Hansı çətin top olursa-olsun, onun qapıya getməsinin qarşısını almağa borcluyuq". "Report"un məlumatına görə, bunu Azərbaycan milli komandanın qapıçısı Kamran Ağayev Qazaxıstanla yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

K.Ağayev 0:1 hesablı məğlubiyyətə baxmayaraq, pis oynamadıqlarını bildirib: "İkinci hissədə daha yaxşı oyun göstərdik. Sadəcə, standart vəziyyətlərdə uduzurduq. Çünki bizdə futbolçular boyca balaca idilər. Ancaq bir az tez fikirləşib, tez oynasaydıq, nəticə əldə edə bilərdik. İdmanda təsadüfi nəticə olmur. Ola bilər ki, idmançı təsadüfən yenilsin. Amma qələbə təsadüfi olmur. Baş məşqçi oyundan əvvəl də bütün futbolçuları yoxlayır. Hansı şəraitdə olur-olsun, millinin heyətinə zəif oyunçu gəlmir. Heyətdə ən yaxşılar var, amma əvəzolunmaz futbolçu yoxdur. Hər kəs meydanda normal oyun göstərdi. Qapı tirinə tuş gəldiyi epizodda isə top aşağıdan gəlsəydi, bəlkə çıxarardım və ya qol olardı. Amma yuxarı getdi deyə, tirə dəydi. Göz qabağında olan isə bizim minimal hesablı məğlubiyyətimiz oldu".

30 yaşlı əlcək sahibi millinin daha da güclü komandalarla yoldaşlıq oyunu keçirməyinin lazım olduğunu söyləyib: "Uğurlu nəticə qazanmaq üçün bu cür toplanışlar çox olmalıdır. Üstəlik, daha güclü komandalarla oynamaq lazımdır. Çünki seçmə mərhələ və yoldaşlıq oyunları tam fərqlidir. Məsələn, Qazaxıstandan daha güclü komandalarla oynayıb, öz gücümüzü göstərməliyik. Gedib Hindistanı udub özümüzü aldatmamalıyıq. Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq? Artıq ölkədən kənarda da qələbə əldə etmək lazımdır". 

Qeyd edək ki, Kamran Ağayev Qazaxıstanla oyunu əvəz olunmadan keçirib. 

Son xəbərlər

Orphus sistemi