Kamran Ağayev: "Final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq"

Kamran Ağayev: "Final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq" Bakı. 7 sentyabr. REPORT.AZ/ İk xal itirdik. Nəticə üçün bütün oyunlarda qələbə qazanmaq lazımdır. Evdə azarkeşlərin, xalqın önündə oynamaq daha rahatdır.
Futbol
7 Sentyabr , 2018 23:53
Kamran Ağayev: Final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq

Bakı. 7 sentyabr. REPORT.AZ/ "İk xal itirdik. Nəticə üçün bütün oyunlarda qələbə qazanmaq lazımdır. Evdə azarkeşlərin, xalqın önündə oynamaq daha rahatdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçı barədə danışarkən deyib.

Qolkiper Kosovonun asan rəqib olmadığını söyləyib:

"Şansımızı əldən verdik. Əgər final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq. İlk oyunda gərginlik var idi. İlk rəsmi oyunlar həmişə ağır keçir. Dildə Kosovo rahat səslənə bilər, amma analiz edəndə baxırsan ki, usta futbolçuları var. Böyük klublarda çıxış edirlər. Öz sözünü demiş oyunçular var. Amma futbol komanda oyunudur. Hamı 11 nəfərlə oynayır. Hazırlaşmışdıq, göstərişlər verilmişdi. Bizi sıxacaqlarını bilirdik. Baş məşqçi necə demişdi, elə də oynadıq. Oyuna baxıb analiz etməmişik".

Təcrübəli qolkiper rəqibin elə də təhlükəli epizodu olmadığını vurğulayıb:

"Rahat oynadıq. Bir-iki hava topu var idi. Çətinlik yaşamadıq. Biz hücum edirdik, amma sonluğu yaxşı gətirə bilmirdik. Yaxşı fikirləşirdik və həyata da keçirdirdik. Amma sonluq yaxşı alınmırdı. Ona görə də qol epizodları olmadı. Çətin olacağını bilirdik. Asan rəqib yoxdur. Kosovo millisi yaxşı qapanmışdı, ağıllı oynadılar. Öz güclərini göstərdilər. Oyunu analiz edəcəyik. Baş məşqçi bizə öz göstərişlərini verəcək".

Kamran Ağayev son olaraq azarkeşlər barədə danışıb: "Heç vaxt azarkeşləri qınamaq olmaz. Yaşam tərzi və digər məsələri demək olar. Milləti qınamıram. Gələnə də, gəlməyənə də təşəkkür edirik. Təbii ki, azarkeş qarşısında oynamaq tam fərqli ab-havadır".

Son xəbərlər

Orphus sistemi