Kamran Ağayev "Benfika" ilə oyunda 3 qol buraxıb - VİDEO

Kamran Ağayev "Benfika" ilə oyunda 3 qol buraxıb - VİDEO “Boavişta” 3:0-lıq üstünlüyünü əldən verib
Futbol
14 Yanvar , 2017 22:18
Kamran Ağayev Benfika ilə oyunda 3 qol buraxıb - VİDEO

Bakı. 14 yanvar. REPORT.AZ/ "Boavişta" klubu bu gün Portuqaliya çempionatının XVII turu çərçivəsində növbəti matçına çıxıb.

“Report” xəbər verir ki, rəqib çempionatın lideri "Benfika" olub.

Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Lissabondakı "Eştadiu da Luj" stadionunda keçirilib.

"Boavişta"nın qapısını yenə Azərbaycan millisinin üzvü Kamran Ağayevin qoruyub. Emin Mahmudov isə avtoqol edən komanda yoldaşı Fabio Espinyonu 89-cu dəqiqədə əvəzləyib.

Qonaqlar ilk hissənin ortasında 11 dəqiqəyə vurduğu 3 qolla hesabda 3:0 irəlidə olsalar da, bu üstünlüyü qoruya bilməyiblər. "Benfika" inanılmaz əzmkarlıq göstərərək vurduğu 3 qolla əzmkar heç-heçəyə nail olub. Ağayev qollardan 1-ni penaltidən, 1-ni isə öz komanda yoldaşından buraxıb. Kamran 75-ci dəqiqədə sarı vərəqə alıb.

17 turdan sonra "Boavişta" 21 xalla 11-ci pillədə qərarlaşıb.

Portuqaliya çempionatı, XVII tur

20:00. "Benfika" - "Boavişta" - 3:3

Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25

Lissabon, "Eştadiu da Luj"

Baş hakim: Luiş Ferreyra

Son xəbərlər

Orphus sistemi