Yuxarı

Kamerun yığmasının baş məşqçisi istefaya göndərilib

Kamerun yığmasının baş məşqçisi istefaya göndərilib
Uqo Broos rəhbərlik etdiyi kollektivlə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün postunu tərk etməli olub

Bakı. 5 dekabr. REPORT.AZ/ Futbol üzrə Kamerun yığmasının baş məşqçisi Uqo Broos istefaya göndərilib.

“Report” “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 65 yaşlı belçikalı mütəxəssis rəhbərlik etdiyi kollektivlə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün postunu tərk edib.

Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, U.Broos 2016-cı ilin fevralından Kamerun millisinə başçılıq edirdi. Onun komandası bu il keçirilən Afrika Millətlər Kubokunun qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi