Joze Mourinyonun adı doğulduğu şəhərdə küçəyə verilib

Joze Mourinyonun adı doğulduğu şəhərdə küçəyə verilib Baş məşqçi açılış mərasiminə qatılıb
Futbol
4 Oktyabr , 2017 11:47
Joze Mourinyonun adı doğulduğu şəhərdə küçəyə verilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Joze Mourinyonun adı küçəyə verilib.

“Report” “L Equipe” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı portuqaliyalı mütəxəssisin doğulduğu Setubal şəhərindəki küçələrdən biri onun adını daşıyacaq.

2018-ci il dünya çempionatının seçmə qrup matçları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Mourinyo küçənin açılış mərasiminə qatılıb. O, bildirib ki, doğulduğu Setubal şəhəri onun üçün xüsusi əhəmiyyətlidir: “Setubal yeganə şəhərdir ki, özümü özüm kimi hiss edirəm. Mən insanların “Xüsusi” və buna bənzər ləqəbləri unutduğu şəhərə gəlirəm”.

Qeyd edək ki, Joze Mourinyo 26 yanvar 1963-cü ildə dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi