Joze Mourinyo vergidən yayındığına görə 800 min avro ödəyəcək

Joze Mourinyo vergidən yayındığına görə 800 min avro ödəyəcək Bakı. 8 may. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted futbol klubunun baş məşqçisi Joze Mourinyo İspaniya hökümətinə 800 min avro cərimə ödəyəcək.
Futbol
8 May , 2018 16:21
Joze Mourinyo vergidən yayındığına görə 800 min avro ödəyəcək
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyo İspaniya hökümətinə 800 min avro cərimə ödəyəcək.

"Report"un "El Mundo" nəşrinə istinadən verdiyi məlumata görə, səbəb portuqaliyalı mütəxəssisin İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi vəzifəsində ikən reklam gəlirlərindən əldə etdiyi 3.3 milyon avronu vergi orqanlarından gizlətməsidir. 

Təcrübəli baş məşqçi 12 aylıq həbs cəzası almamaq üçün İspaniya xəzinəsinə 800 min avro ödəyəcək.

Qeyd edək ki, Joze Mourinyo 2010 - 2013 illərdə "Real Madrid"in baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi