Joze Mourinyo medalını azarkeşə hədiyyə edib - VİDEO

Joze Mourinyo medalını azarkeşə hədiyyə edib - VİDEO Portuqaliyalı mütəxəssis mükafatların onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib
Futbol
9 Avqust , 2017 10:48
Joze Mourinyo medalını azarkeşə hədiyyə edib - VİDEO

Bakı. 9 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo UEFA Superkuboku uğrunda oyunda İspaniya təmsilçisi “Real Madrid”ə məğlubiyyətdən sonra ona təqdim edilən medalı hədiyyə verib. 

“Report”un məlumatına görə, portuqaliyalı mütəxəssis mükafatlandırma mərasimi zamanı tribunaya yaxınlaşaraq, medalını “Mançester Yunayted”in azyaşlı azarkeşinə verib. 

O, matçdan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, mükafatlar onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Qeyd edək ki, “Mançester Yunayted” Makedoniyanın paytaxtı Skopyedə baş tutan qarşılaşmada “Real Madrid”ə 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi