Joze Mourinyo oyun zamanı futbolçusuna banan verməsinin səbəbini açıqlayıb - VİDEO

Joze Mourinyo oyun zamanı futbolçusuna banan verməsinin səbəbini açıqlayıb - VİDEO "Bu, gülməli deyil, hörmət əlamətidir"
Futbol
17 Mart , 2017 12:23
Joze Mourinyo oyun zamanı futbolçusuna banan verməsinin səbəbini açıqlayıb - VİDEO

Bakı. 17 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Joze Mourinyo Rusiya "Rostov"u ilə Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü zamanı futbolçu Markos Roxoya banan verməsinin səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis BBC-yə müsahibəsində heç bir gülünc hərəkətə yol vermədiyini bildirib. Əksinə, o, futbolçuya hörmətlə yanaşdığını söyləyib: Nə vaxtsa yorulursunuzsa, orqanizminizin nə tələb etdiyini bilməlisiniz. Roxo banan xahiş etdi. Bu, gülməli deyil, futbolçuya hörmət əlamətidir".

Qeyd edək ki, "Mançester Yunayted" 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. "Rostov"la ilk görüşdə heç-heçə qeydə alınmışdı - 1:1.  

Son xəbərlər

Orphus sistemi