Joze Mourinyo "Mançester Yunayted" rəhbərliyindən yay trasnferləri üçün 286 milyon avro tələb edib

Joze Mourinyo "Mançester Yunayted" rəhbərliyindən yay trasnferləri üçün 286 milyon avro tələb edib Bakı. 21 may. REPORT.AZ/ İngiltərə Mançester Yunaytedinin baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən yay transfer pəncərəsində heyətin gücləndirilməsini istəyib.
Futbol
21 May , 2018 13:51
Joze Mourinyo Mançester Yunayted rəhbərliyindən yay trasnferləri üçün 286 milyon avro tələb edib
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən yay transfer pəncərəsində heyətin gücləndirilməsini istəyib.

"Report"un "Mirror"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu məqsədlə 250 milyon funt sterlinq (286 milyon avro) tələb edib.

İngiltərə təmsilçisində yarımmüdafiəçi mövqeyinə Ukrayna "Şaxtyor"undan Fred, İtaliya "Napoli"sindən Jorjinio və Fransa "Nitsa"sından Jan-Mişel Serinin namizədliyi nəzərdən keçirilir. "Qırmızı şeytanlar" həmçinin İspaniyanın "Real Madrid" klubundan Qaret Beylin mümkün transferi üzərində düşünürlər. Komandanın ilk transferi isə İtaliya "Yuventus"unun müdafiəçisi Aleks Sandro ola bilər. 

Qeyd edək ki, "Mançester Yunayted"də Deyli Bilind, Matteo Darmian, Lük Şou, və Antoni Marsialın komandadan gedəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi