Joze Mourinyo Almaniya komandasının baş məşqçisi ola bilər

Joze Mourinyo Almaniya komandasının baş məşqçisi ola bilər Joze Mourinyo Almaniyanın Borussiya (Dortmund) futbol komandasına rəhbərlik edə bilər.
Futbol
23 Oktyabr , 2019 13:04
Joze Mourinyo Almaniya komandasının baş məşqçisi ola bilər

Joze Mourinyo Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasına rəhbərlik edə bilər.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Lüsyen Favrı vəzifəsindən kənarlaşdıracağı təqdirdə, portuqaliyalı mütəxəssisi kollektivin başında görmək istəyir. Üstəlik, klubun baş direktoru Hans-Yoahim Vatske təcrübəli məşqçi ilə əlaqə qurub və mütəxəssis alman dilini öyrənməyə başlayıb.

Mourinyo Almaniya klubu ilə razılaşsa, İngiltərə "Mançester Yunayted"ində qazandığı məvacibdən az maaş alacaq.

Qeyd edək ki, Joze Mourinyo son olaraq "Mançester Yunayted"də iş başında olub. 2018-ci ilin dekabrından heç bir klubda işləməyən mütəxəssisin adı İspaniya "Real Madrid"i ilə də hallanır. 

Son xəbərlər

Orphus sistemi