Polşalı legioner "Qarabağ"dakı formasını hərraca çıxarıb

Polşalı legioner "Qarabağ"dakı formasını hərraca çıxarıb Qarabağın futbolçusu Yakub Jezniçak formasını hərraca çıxarıb.
Futbol
27 Mart , 2019 09:17

"Qarabağ"ın futbolçusu Yakub Jezniçak formasını hərraca çıxarıb.

"Report"un məlumatına görə, polşalı müdafiəçi bu addımı xeyriyyə məqsədi ilə atıb. O, Ağdam komandasının heyətində geyindiyi 52 nömrəli formaya 200 zlatı qiymət qoyub. Lakin sonradan bu məbləğ 1300 zlotıya (təqribən 580 manat) yüksəlib. Əldə olunan vəsait "Legiya"nın Miloş Krjiştof adlı azarkeşinə protez alınmasına yönələcək.

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a transfer olunanadək "Legiya"da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi