Yuxarı

Bakı ​"İnter"inin sabiq futbolçusu Naci Şensoyun komandasında çıxış edəcək

27 yaşlı yarımmüdafiəçi artıq yeni komandasına qoşulub

Bakı. 15 yanvar. REPORT.AZ/ Bolqarıstanın "Pirin" klubunun baş məşqçisi Naci Şensoy komandasına Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçu cəlb edib. "Report"un məlumatına görə, bu, Daniel Genovdur.

27 yaşlı yarımmüdafiəçi artıq yeni komandasına qoşulub.

Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 və 2012-ci illərdə Tovuzun "Turan" klubunda baş məşqçi olub. Daniel Genov isə 2010-cu ilin yayında Bakı "İnter"inə keçib. Növbəti ilin iyununda "Simurq"a icarəyə verilən Genov bir mövsüm sonra yenidən "bankirlər"in sıralarına dönüb. O, paytaxt klubunda 2013-cü ilin sonunadək çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi