Bakı ​"İnter"i gürcüstanlı müdafiəçisi ilə yollarını ayırıb

Bakı ​"İnter"i gürcüstanlı müdafiəçisi ilə yollarını ayırıb Klub Salukvadze ilə müqaviləni uzatmayıb
Futbol
23 May , 2016 10:33
Bakı ​İnteri gürcüstanlı müdafiəçisi ilə yollarını ayırıb

Bakı. 23 may. REPORT.AZ/ Bakının "İnter" klubu futbolçu Laşa Salukvadze ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, 35 yaşlı müdafiəçinin anlaşma müddəti başa çatıb.

"Bankirlər" ötən ilin oktyabrında komandaya qaytardığı gürcüstanlı legionerlə yeni müqavilə imzalamamağa qərar verib.

Qeyd edək ki, Laşa Salukvadze ilk dəfə "İnter"ə sabiq baş məşqçi Kaxaber Tsxadadzenin dövründə transfer olunub. O, komandanı ötən yay tərk etsə də, bir müddət sonra komandaya qoşulub və Zaur Svanadzenin rəhbərliyi altında oynayıb. 

Son xəbərlər

Orphus sistemi