Yuxarı
    Bağlamaq

    "Bayer" III liqa klubuna yenilərək ölkə kubokunda mübarizəni dayandırıb - VİDEO

    Şportfroynd bundan əvvəl Verderi məğlub edib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Almaniyanın III divizion klubu "Şportfroynd Lotte" futbol üzrə ölkə kubokunun 1/16 oyununda "Bayer Leverkuzen"i məğlub edib.

    "Report" xəbər verir ki, matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş vaxtda komandalar hərəyə bir dəfə də fərqləniblər.

    Görüşün qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən edilib (3:2). "Şportfroynd" 78-ci dəqiqə azlıqda qalıb.

    Sözügedən klub 1/32 finalda digər məşhur alman komandası "Verder"i kubokdan kənarlaşdırıb (2:1). "Şportfroynd" 1/8 finalda "Nürnberq" - "Şalke" cütünün qalibi ilə qarşılaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi