Yuxarı

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilərin sayı artıb

II Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilərin sayı artdı

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycanı daha bir karateçi təmsil edəcək. 

"Report"un məlumatına görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı II Avropa Oyunlarında Azərbaycanın 7 karateçisi mübarizə aparacaq. Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq) .

Qeyd edək ki, II Avropa Oyunları 1-30 iyunda baş tutacaq. Karate yarışları 29-30 iyunda Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi