İtaliyanın "Peskara" klubuna yeni baş məşqçi təyin edilib

İtaliyanın "Peskara" klubuna yeni baş məşqçi təyin edilib Komanda çexiyalı Zdenek Zemana tapşırılıb
Futbol
17 Fevral , 2017 20:42
İtaliyanın Peskara klubuna yeni baş məşqçi təyin edilib

Bakı. 17 fevral. REPORT.AZ/ İtaliyanın "Peskara" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. 

"Report"un məlumatına görə, Abrutso əyalətini təmsil edən komanda çexiyalı Zdenek Zemana tapşırılıb.

Karyerası ərzində "Latsio", "Roma", "Napoli" kimi klublarda çalışan 70 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefa verən Massimo Oddonu əvəzləyib.

Qeyd edək ki, "Peskara" 2011/12 mövsümündə Zemanın rəhbərliyi altında Seria B-nin qalibi olub və elitaya yüksəlib. Komanda hazırda A Seriyasında 24 turdan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi