Yuxarı

​İtaliyanın "İnter" klubu "Qarabağ"la oyunöncəsi öz meydanında məğlub olub

Neradzurra Udinezenin qarşısında tab gətirə bilməyib

Bakı. 8 dekabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubu Avropa Liqasının son turu çərçivəsində "Qarabağ"la oyunöncəsi öz meydanında məğlub olub.

"Report" xəbər verir ki, Milan təmsilçisi A Seriyasının 14-cü turunda "Udineze" ilə oyunda 1:2 hesablı məğlubiyyətlə barışıb.

Matçda hesabı Mauro İkardinin qolu ilə "neradzurra" açıb. 60-cı dəqiqədə Bruno Fernandeş qonaqların bərabərlik topunu vurub. Tezliklə Sirilya Teronun dəqiq zərbəsi "Udineze"yə qələbə gətirib.

Hazırda "İnter" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "İnter" dekabrın 11-də Bakıda "Qarabağ"ın qonağı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi