İtaliyanın daha bir klubu "Neftçi"nin sabiq baş məşqçisi ilə maraqlanır

İtaliyanın daha bir klubu "Neftçi"nin sabiq baş məşqçisi ilə maraqlanır İtaliyanın daha bir futbol klubu Neftçinin sabiq baş məşqçisi Roberto Bordinlə əməkdaşlıq etmək niyyətindədir.
Futbol
5 İyun , 2020 08:30
İtaliyanın daha bir klubu Neftçinin sabiq baş məşqçisi ilə maraqlanır

İtaliyanın daha bir futbol klubu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə əməkdaşlıq etmək niyyətindədir. 

"Report" "Tuttoc" nəşrinə istinadən xəbər verir ki, C seriyasında mübarizə aparan "İmolese" komandanı 55 yaşlı mütəxəssisə həvalə etmək istəyir. 

Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər. 

Qeyd edək ki, daha əvvəl C seriyasındakı "Sambenedetteze" klubunun da Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi