Bakı. 6 noyabr. REPORT.AZ/ İtaliyanın "Modena" futbol klubu müflis elan edilib.
“Report” "Football Italia"ya istinadən xəbər verir ki, hazırda komanda İtaliyanın III divizionunda çıxış edir.
Kollektiv C Seriyasının 2017/18-ci illər mövsümünün startında ardıcıl olaraq 9 dəfə məğlubiyyətə uğrayıb. Onlardan üçü futbolçuların aylıq əmək haqlarının verilməməsinə görə meydana çıxmaması səbəbindən texniki məğlubiyyət olub.
İtaliya çempionatının reqlamentinə görə, klub mövsümdə dördüncü dəfə texniki məğlubiyyət alarsa, o, turnirdən kənarlaşdırılacaq.