İtaliyalı məşhur futbolçu Fransa klubu ilə vidalaşıb

İtaliyalı məşhur futbolçu Fransa klubu ilə vidalaşıb Onun klubu ilə müqaviləsi yayda başa çatır
Futbol
21 Aprel , 2018 09:31
İtaliyalı məşhur futbolçu Fransa klubu ilə vidalaşıb

Bakı. 21 aprel. REPORT.AZ/ İtaliyalı məşhur futbolçu Mario Balotelli Fransanın "Nitsa" klubu ilə vidalaşıb.

"Report"un məlumatına görə, 28 yaşlı oyunçu məlumatı şəxsi "İnstagram" hesabından paylaşıb. 

Hücumçu yayda komandanı tərk edəcəyini açıqlayıb: "Burada iki gözəl mövsüm keçirdim. Hər kəsə təşəkkür edirəm. Amma hələ qarşıda 5 oyun var".

İtaliyalı futbolçunun klubu ilə müqaviləsi yayda başa çatır. Beləliklə, Balotelli artıq azad agent kimi digər klublarla danışıqlar aparmaq hüququna malikdir.

Qeyd edək ki, Mario Balotelli 2016-cı ildən etibarən "Nitsa" komandasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi