Yuxarı

İtaliya klubu Murat Yakını baş məşqçi postundan istefaya göndərib

Komandanı aşağı liqaya eniş zonasından cəmi 1 xal ayırır.

Bakı. 3 oktyabr. REPORT.AZ/ İtaliyanın "Udineze" klubunun rəhbərliyi Murat Yakını baş məşqçi postundan istefaya göndərib. "Report"un məlumatına görə, bu qərar A Seriyasının VII turunda "Latsio"ya 0:3 hesablı məğlubiyyətlə bitən oyundan sonra verilib.

Hazırda "zebrlər" 7 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıblar. Komandanı aşağı liqaya eniş zonasından cəmi 1 xal ayırır.

Qeyd edək ki, Murat Yakın "Udineze"yə mayda baş məşqçi təyin olunmuşdu. 42 yaşlı mütəxəssis bu vəzifədə Luici De Kanionu əvəzləmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi