Yuxarı
    Bağlamaq

    İtaliyalı futbolçu Andrea Pirlo "Yuventus" klubuna qayıdır

    O, komandanın səfiri vəzifəsində işləyəcək

    Bakı. 19 fevral. REPORT.AZ/ Amerikanın "Nyu-York Siti" klubunun 37 yaşlı italiyalı yarımmüdafiəçisi Andrea Pirlo vətəninə qayıdacaq.

    "Report" xəbər verir ki, keçmiş komandası "Yuventus" ona klubun səfiri vəzifəsini təklif edib.

    Bəzi məlumatlara görə, oyunçu MLS komandası ilə müqaviləsini uzatmayacaq. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi cari ilin sonunda başa çatır. Ehtimal olunur ki, 2006-cı ilin dünya çempionu yeni işinə 2018-ci ilin yanvarında başlayacaq.

    Yarımmüdafiəçi 2011-2015-ci illərdə Turin klubunun şərəfini qoruyub. O, "Qoca senyora"nın heyətində dördqat İtaliya çempionu olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi