İtaliyalı futbolçu Andrea Pirlo "Yuventus" klubuna qayıdır

İtaliyalı futbolçu Andrea Pirlo "Yuventus" klubuna qayıdır O, komandanın səfiri vəzifəsində işləyəcək
Futbol
19 Fevral , 2017 14:25
İtaliyalı futbolçu Andrea Pirlo Yuventus klubuna qayıdır

Bakı. 19 fevral. REPORT.AZ/ Amerikanın "Nyu-York Siti" klubunun 37 yaşlı italiyalı yarımmüdafiəçisi Andrea Pirlo vətəninə qayıdacaq.

"Report" xəbər verir ki, keçmiş komandası "Yuventus" ona klubun səfiri vəzifəsini təklif edib.

Bəzi məlumatlara görə, oyunçu MLS komandası ilə müqaviləsini uzatmayacaq. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi cari ilin sonunda başa çatır. Ehtimal olunur ki, 2006-cı ilin dünya çempionu yeni işinə 2018-ci ilin yanvarında başlayacaq.

Yarımmüdafiəçi 2011-2015-ci illərdə Turin klubunun şərəfini qoruyub. O, "Qoca senyora"nın heyətində dördqat İtaliya çempionu olub.

Son xəbərlər

Orphus sistemi