İtaliyada "Latsio"nun futbolçusu İmmobileyə bıçaqla hücum olub

İtaliyada "Latsio"nun futbolçusu İmmobileyə bıçaqla hücum olub Bakı. 8 iyul. REPORT.AZ/ Romanın Latsio klubunun forvardı Çiro İmmobile Frankavilla-al-Maredə istirahət zamanı fanatın hücumuna məruz qalıb.
Futbol
8 İyul , 2018 13:58
İtaliyada Latsionun futbolçusu İmmobileyə bıçaqla hücum olub

Bakı. 8 iyul. REPORT.AZ/ Romanın "Latsio" klubunun forvardı Çiro İmmobile Frankavilla-al-Maredə istirahət zamanı fanatın hücumuna məruz qalıb.

“Report” "Il Messaggero" nəşrinə istinadən xəbər verir ki, naməlum şəxs İmmobilenin dostu ilə münaqişə edib, ardınca isə bıçaqla futbolçuya və ətrafındakıların hamısına hücum edib.

Yoldan keçənlər vəziyyətə müdaxilə ediblər, lakin cani hadisə yerindən qaçıb. Polis hücum edənin şəxsiyyətini müəyyənləşdirib. Bu, İtaliya çempionatı oyunlarını izləsməsinə qadağa qoyulmuş futbol azarkeşi olub.

Son xəbərlər

Orphus sistemi