Turində ÇL-nin final oyununa baxan zaman düşən basabasda yaralananların sayı 1500 nəfəri ötüb - VİDEO - YENİLƏNİB

Turində ÇL-nin final oyununa baxan zaman düşən basabasda yaralananların sayı 1500 nəfəri ötüb - VİDEO - YENİLƏNİB İnsident "Real"ın "Yuventus"a vurduğu 3-cü qoldan sonra baş verib
Futbol
4 İyun , 2017 16:16
Turində ÇL-nin final oyununa baxan zaman düşən basabasda yaralananların sayı 1500 nəfəri ötüb - VİDEO - YENİLƏNİB
AFP

Bakı. 4 iyun. REPORT.AZ/ Turində kütləvi basabasda xəsarət alanların sayı 1500 nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə şəhər perfekturasının yekun məlumatında bildirilir.

"1527 azarkeşə tibbi yardım göstərmək lazım gəlib. Həkimlər üç nəfərin, o cümlədən bir uşağın vəziyyətini daha təhlükəli qiymətləndirirlər", – deyə şəhər hakimiyyətindən qeyd olunub.

Məhz həmin sayda insan San-Karlo meydanında baş verən insidentdən sonra tibbi yardım üçün müraciət edib.

Kütləvi basırığın səbəbləri araşdırılır.

***11:26

Çempionlar Liqasının final oyunu zamanı Turinin (İtaliya) San-Karlo meydanında baş verən basabas nəticəsində 1000-dən çox insan xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliya polisinə istinadən "Frans Press" məlumat yayıb.

Kardiffdə (Uels) keçirilən final oyunu zamanı "Real" "Yuventus"u 4:1 hesabı ilə məğlub edib.

Turində "Yuve" azarkeşləri üçün fan-zona təşkil olunub və orada 20 mindən çox fanat böyük ekranda oyunu canlı izləyib. "Real"ın 64-cü dəqiqədə vurduğu 3-cü qoldan sonra partlayış səsi eşidilib və bu da insanlar arasında təşvişə səbəb olaraq basırıq yaradıb.

Müxtəlif məlumatlara görə, basabasa bir neçə fişəngin partlaması və ya dəmir qapının trotuarın üzərinə aşması səbəb olub. Bir neçə nəfər, o cümlədən 4 yaşlı uşaq xəstəxanada ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi