Bakı. 7 noyabr. REPORT.AZ/ İtaliyanın "Modena" klubu peşəkar futbol klubu statusundan məhrum olub.
"Report"un "Football İtalia"ya istinadən məlumatına görə, komanda ardıcıl 4 oyunda iştirak etmədiyi üçün C Seriyasından kənarlaşdırılıb. Oyunçular əmək haqqı borcları üzündən meydana çıxmaqdan imtina ediblər. Nəticədə klub bankrot elan olunub.
Qeyd edək ki, "Modena" 1912-ci ildə təsis olunub. Əsasən, B Seriyasında çıxış etmiş klub A Seriyasında cəmi 13 mövsüm keçirib. Sonuncu dəfə bu, 2003-2004 mövsümünə təsadüf edib.