Yuxarı
    Bağlamaq

    ​İtaliya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxa bilər

    Lorentso İnsinye Milan ilə oyunda dizini zədələyib

    Bakı. 7 oktyabr. REPORT.AZ/ "Napoli" və İtaliya milli komandasının hücumçusu Lorentso İnsinye zədə üzündən yığmanın dünənki məşqini buraxmalı olub.

    "Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, italiyalı futbolçu "Milan" ilə oyunda dizini zədələyib və hələlik yığma həkimlərinin nəzarəti altında olacaq.

    "Qorxulu bir şey yoxdur. O son oyunlarda bir neçə zərbə alıb və dizi şişib. Bu gün biz "Napoli" həkimləri ilə razılaşmadan sonra, dizdəki mayenin bir hissəsini götürdük", - deyə yığmanın baş həkimi Franko Kastellaççi bildirib.

    Bundan sonra İnsinyenin Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı meydana çıxmaq məsələsinə qərar veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi