Yuxarı

​İtaliya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Siyahıya 27 futbolçu daxil edilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya yığma komandasının Antonio Kontenin başçılıq etdiyi məşqçilər qərargahı Avropa çempionatı - 2016-nın təsnifat mərhələsi çərçivəsində Azərbaycan və Norveçə qarşı keçiriləcək oyunlara çağırılan futbolçuların adlarını açıqlayıb.

"Report" xəbər verir ki, ilk dəfə olaraq "skuadra adzurra"ya "Sassuolo"nun hücumçusu Domeniko Berardi də çağırılıb.

Qapıçılar — Buffon ("Yuventus"), Siriqu (PSJ), Padelli ("Torino");

Müdafiəçilər — Astori ("Fiorentina"), Barsali ("Yuventus"), Bonuççi ("Yuventus"), Kyellini ("Yuventus"), Darmian ("Mançester Yunayted), De Şilyo ("Milan"), Ranokkiya ("İnter"), Santon ("İnter");

Yarımmüdafiəçilər — Florensi ("Roma"), Bertolaççi ("Milan"), Montolivo ("Milan"), Parolo ("Lasio"), İnsinye ("Napoli"), Pirlo ("Nyu-York Siti"), Soriano ("Sampdoriya"), Kandreva ("Lasio"), Verratti (PSJ);

Hücumçular — Berardi ("Sassuolo"), Eder ("Sampdoriya"), El-Şaaravi ("Monako"), Covinko ("Toronto"), Pelle ("Sautqempton"), Kvalyarella ("Torino"), Dzadza ("Yuventus").

Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi