İtaliya yığmasında baş məşqçi məsələsinə sabah baxılacaq

İtaliya yığmasında baş məşqçi məsələsinə sabah baxılacaq Karlo Tavekkio: "Hərtərəfli analiz aparacağıq"
Futbol
14 Noyabr , 2017 17:56
İtaliya yığmasında baş məşqçi məsələsinə sabah baxılacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Campyero Venturanın taleyi noyabrın 15-də həll olunacaq.

"Report"un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio "La Gazzetta dello Sport"a müsahibəsində bildirib.

Tavekkio 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün məyusluq ifadə edib. O, baş verənləri idman uğursuzluğu adlandırıb: "Biz birgə qərar verməliyik. Məhz bu məqsədlə sabah federasiya rəsmiləri ilə görüş keçirərək hərtərəfli analiz aparacağıq".

İtaliya millisi pley-off mərhələsində İsveçə iki oyunun yekununda (0:0, 0:1) uduzduğundan, Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. 4 qat dünya çempionları sonuncu dəfə 1958-ci il mundialından kənarda qalıblar.

Qeyd edək ki, Campyero Ventura İtaliya yığmasına 2016-cı il Avropa çempionatından sonra baş məşqçi təyin olunub. O, hazırda İngiltərənin "Çelsi" komandasına rəhbərlik edən Antonio Konteni əvəzləyib. Venturanı əvəzləməyə namizədlər qismində elə Konte ilə yanaşı, Karlo Ançelotti, Massimiliano Alleqri və Roberto Mançininin adları hallandırılır. Amma azarkeşlərin böyük qismi bu postda Ançelottini görmək istəyir.   

Son xəbərlər

Orphus sistemi