Yuxarı
    Bağlamaq

    ​İtaliya-Xorvatiya oyunu 73-cü dəqiqədə yarımçıq dayandırılıb

    Xorvatiyalı fanatlar meydana fişəng atıb, polislə qarşıdurmaya giriblər

    Bakı. 17 noyabr. REPORT.AZ/ Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən İtaliya və Xorvatiya oyunu matçın 73-cü dəqiqəsində hesab 1-1 olarkən dayandırılıb.

    "Report" İTAR-TASS-a istinadən xəbər verir ki, 70-ci dəqiqədən sonra qonaqların azarkeşləri "San-siro"ya fişəng atmağa başlayıblar və tribunada yanğın törədiblər.

    Fanatlar, həmçinin polislə qarşıdurmaya giriblər. Vəziyyəti belə görən hakim Born Kuypers, oyunu dayandırmaq qərarına gəlib. 10 dəqiqədən sonra matç bərpa olunub və elə 1-1 hesabı ilə də başa çatıb.

    Hazırda hər iki komanda Azərbaycanın da yer aldığı "H" qrupunda keçirdiyi dörd oyundan sonra 10 xal toplayıb. Lakin vurulan və buraxılan qollar nisbətinə görə Xorvatiya qrup lideridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi