Yuxarı

İtaliya və Fransanın futbol yığmaları yoxlama oyunu keçirəcək

İtaliya və Fransanın futbol yığmaları yoxlama oyunu keçirəcək
Görüş Dünya çempionatı - 2018 öncəsi baş tutacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa və İtaliya yığma komandaları arasında yoxlama oyunu keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Görüş iyunun 1-də Nitse şəhərində baş tutacaq.

Komandalar indiyə qədər 38 dəfə qarşılaşıblar. Bu görüşlərin 18-də italiyalılar, 10-da isə fransalılar qələbə qazanıblar, 10 matç heç-heçə yekunlaşıb.

Fransa yığması 2018-ci ildə Rusiyada keçiriləcək mundiala vəsiqə qazansa da, İtaliya İsveçlə mübarizədə uduzaraq son 52 ildə ilk dəfə olaraq turnirdən kənarda qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi