Yuxarı

İtaliya, Polşa və Portuqaliya UEFA Millətlər Liqasının finalını keçirə bilər

Final turniri tutumu azı 30 min olan iki stadionda keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ İtaliya, Polşa və ya Portuqaliya 2019-cu ilin iyununda Millətlər Liqasının final mərhələsinin keçirilməsinə öz maraqlarını ifadə ediblər.

“Report” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qaydalara əsasən, Millətlər Liqasının final mərhələsi "A" liqası qruplarının qaliblərindən birinin meydanlarında keçiriləcək. İtaliya, Polşa və Portuqaliya A3 qrupuna düşüb. Əgər hər üç ərizə tələblərə uyğun gələrsə, 2018-ci ilin dekabrında UEFA-nın İcraiyyə Komitəsi qalibi final turnirinin sahibi kimi təsdiq edəcək.

Final turniri tutumu azı 30 min olan iki stadionda keçiriləcək. Onların hər ikisinin bir şəhərdə olmasına və ya bir-birindən 150 km. məsafədə olmasına üstünlük veriləcək.

Millətlər Liqasının yarımfinalları 2019-cu ilin 5 və 6 iyun tarixlərinə, üçüncü yer uğrunda oyun və final isə iyunun 9-na planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi