Yuxarı

İtaliya millisi İngiltərə və Almaniya ilə yoldaşlıq oyunları keçirəcək

İtaliya millisi İngiltərə və Almaniya ilə yoldaşlıq oyunları keçirəcək

Futbol üzrə İtaliya millisinin AVRO-2020-yə hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcəyi iki rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, Türkiyə, İsveçrə və Uelslə birgə A qrupunda yer alan Roberto Mançininin rəhbərlik etdiyi kollektiv səfərdə İngiltərə və Almaniya ilə qarşılaşacaq.

Matçlar müvafiq olaraq martın 27-də Londonda və martın 31-də Nürnberqdə olacaq. Çexiya ilə iyunun 4-də nəzərdə tutulan qarşılaşmanın isə yeri hələlik bilinmir. 

Qeyd edək ki, A qrupunun oyunları Roma və Bakıda keçiriləcək. AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil ediləcək. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda olacaq.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi