İtaliya milli komandasının sabiq futbolçusu həbs oluna bilər

İtaliya milli komandasının sabiq futbolçusu həbs oluna bilər Bakı. 23 may. REPORT.AZ/ İtaliya milli komandasının və Yuventus klubunun sabiq futbolçusu Vinçenzo Yakvinta 6 illik həbs oluna bilər.
Futbol
23 May , 2018 19:03
İtaliya milli komandasının sabiq futbolçusu həbs oluna bilər

Bakı. 23 may. REPORT.AZ/ İtaliya milli komandasının və "Yuventus" klubunun sabiq futbolçusu Vinçenzo Yakvinta 6 illik həbs oluna bilər.

"Report" AFP-yə istinadən xəbər verir ki, o, 2015-ci ilin dekabrında qanunsuz odlu silah saxlamaqla yanaşı, Kalabriya mafiyası ilə əlaqələr qurduğuna görə ittiham olunur.

Bu iş üzrə 140 şəxsə ittiham irəli sürülüb və onların arasında Yakvintanın atası da var. Prokuror sabiq futbolçunun atasına 19 il həbs cəzası verilməsini tələb edir.

Qeyd edək ki, Vinçenzo Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 

Son xəbərlər

Orphus sistemi