Yuxarı

İtaliya Kuboku: "Latsio" "İnter"i məğlub edərək yarımfinala yüksəlib

İtaliya Kuboku: "Latsio" "İnter"i məğlub edərək yarımfinala yüksəlib
Görüş 2:1 hesabı ilə yekunlaşıb

Bakı. 1 fevral. REPORT.AZ/ Romanın "Latsio" klubu futbol üzrə İtaliya çempionatının 1/4 final matçında Milan "İnter"inə qalib gələrək turnirin yarımfinalına çıxıb.

"Report" xəbər verir ki, Milanın "Cüzeppe Meatsa" stadionunda keçirilən oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Latsio"nun qollarını Felipe Anderson (20-ci dəqiqə) və Lukas Bilya (56) vurub. "İnter"in heyətində Marselo Brozoviç (84) fərqlənib. Oyunda hər iki komanda azlıqda qalıb.

Paytaxt klubu yarımfinalda "Roma" – "Çezena" cütünün (1 fevral) qalibi ilə qarşılaşacaq. Digər 1/2 finalda "Yuventus" və "Napoli" münasibətlərinə aydınlıq gətirəcək.

Final iyunun 2-də Romada keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi