İtaliya klubunun futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırılıb

İtaliya klubunun futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırılıb O, "Avellino"da ikən lazımi nəticələrin təşkilində ittiham olunub
Futbol
12 Aprel , 2017 16:39
İtaliya klubunun futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırılıb

Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın "Cenoa" klubunun futbolçusu Armando İtso 1,5 il müddətinə futboldan kənarlaşdırılıb. "Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, səbəb 25 yaşlı müdafiəçinin danışılmış oyunlarda iştirak etməsidir.

Martın əvvəllərində İtaliya Futbol Federasiyasının B Seriyasında çıxış edən "Avellino"un danışılmış oyunlarda mümkün iştirakını araşdırdığına dair xəbərlər yayılıb. Ötən ilin mayında isə bu komandanın 2013-2014 mövsümündə "Modena" (0:1) və "Recina" (3:0) ilə görüşləri şübhəli oyunlar siyahısına düşüb. Həmin vaxt "Avellino"da çıxış etmiş İtso lazımi nəticələrin təşkilində ittiham olunub. Onun hətta 6 il müddətinə diskvalifikasiyası istənilib. Cəza klub prezidenti Valter Takkonaya da şamil edilə bilərdi. Amma o, bəraət alıb.

İtsonun hökmdən şikayət edib-etməyəcəyi hələlik bilinmir. Amma agenti onun heç bir günahının olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi