İtaliya klubu "Liverpul"un sabiq futbolçusunu heyətinə qatıb

İtaliya klubu "Liverpul"un sabiq futbolçusunu heyətinə qatıb Alberto Akvilani icarə əsasında "Sassuolo"da çıxış edəcək
Futbol
31 Dekabr , 2016 08:11
İtaliya klubu Liverpulun sabiq futbolçusunu heyətinə qatıb

Bakı. 31 dekabr. REPORT.AZ/ İtaliyanın "Peskara" futbol klubunun yarımmüdafiəçisi Alberto Akvilani "Sassuolo"nun oyunçusu olub.

"Report" xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsionun portalı məlumat yayıb.

Qeyd olunur ki, 32 yaşlı futbolçu klubda icarə əsasında 6 ay müddətinə çıxış edəcək.

Akvilani "Peskara"ya 2016-cı ilin yayında keçib. O, bunadək "Liverpul", "Milan", "Yuventus", "Roma" kimi klubların şərəfini qoruyub. Hazırkı mövsümdə futbolçu İtaliya çempionatında 9 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi