Bakı. 17 aprel. REPORT.AZ/ İtaliyanın "Roma" klubu futbolçusu Luka Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı müdafiəçi ilə yeni anlaşma 2022-ci il iyunun 30-dək nəzərdə tutulub. Pelleqrini 2011-2012 mövsümündə İtaliya təmsilçisinin gənclər komandasına cəlb olunub. O, cari mövsüm əsas komandaya qoşulsa da, hələ ki, debüt edə bilməyib.