İtaliya "İnter"inə yeni baş məşqçi təyin olunub

İtaliya "İnter"inə yeni baş məşqçi təyin olunub O, iyunun 14-də ictimaiyyətə təqdim ediləcək
Futbol
9 İyun , 2017 19:03
İtaliya İnterinə yeni baş məşqçi təyin olunub

Bakı. 9 iyun. REPORT.AZ/ Luçano Spaletti İtaliyanın "İnter" futbol komandasına baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 58 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

O, iyunun 14-də ictimaiyyətə təqdim olunacaq. Komanda ilə ilk məşq isə iyulun 3-də olacaq. Yeni baş məşqçinin ilinə 4 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Luçano Spalettinin son klubu "Roma" olub. O, 2016-cı ilin yanvarında baş məşqçi təyin olunduğu paytaxt klubunu ötən mövsümün sonunda tərk edib. 

Son xəbərlər

Orphus sistemi