Yuxarı
    Bağlamaq

    İtaliya futbol hakimlərinin rəhbərinə VAR-a etiraz olaraq güllə göndərilib

    İtaliya polisi bu işlə bağlı araşdırma aparacaq

    Bakı. 6 aprel. REPORT.AZ/ İtaliya Hakimlər Assosiasiyasının prezidenti Marçello Nikki bildirib ki, ona hakimlərə videoyardım sisteminə (VAR) etiraz əlaməti olaraq güllə qoyulmuş bağlama göndərilib.

    “Report” xəbər verir ki, analoji bağlamalardan assosiasiyanın vitse-prezidneti Narsiso Pisakreta və hakimlərin matçlara təyinatına cavabdeh olan Nikola Ritsoli də alıb.

    Nikki bildirib ki, İtaliya polisi bu işlə bağlı araşdırma aparacaq və azarkeşləri hakimləri buna görə güllələməyə çağıran jurnalisti pisləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi