İtaliya-Fransa futbol matçında ilk dəfə olaraq videotəkrar sistemi təcrübədən keçirilib - VİDEO

İtaliya-Fransa futbol matçında ilk dəfə olaraq videotəkrar sistemi təcrübədən keçirilib - VİDEO Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
2 Sentyabr , 2016 02:13
İtaliya-Fransa futbol matçında ilk dəfə olaraq videotəkrar sistemi təcrübədən keçirilib - VİDEO

Bakı. 02 sentyabr. REPORT.AZ/ İtaliyanın Bari liman şəhərində İtaliya və Fransanın futbol komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, Fransanın heyətində Antoni Marsyal (17-ci dəqiqə), Olivye Jiru (28) və Leyvin Kurzava (81) fərqlənib.

Ev sahiblərinin təsəlli qolunu Qratsiano Pelle (21) vurub.

Qarşılaşma bir neçə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, İtaliya yığmasının qapıçısı Canluici Donnarumma milli komanda tarixinə ən gənc qolkiper (17 yaş 188 gün) kimi düşüb. Bu, həm də videotəkrar sisteminin təcrübədən çıxarıldığı ilk beynəlxalq matç olub.

Fransa yığması 2018-ci il Dünya çempionatının seçmə mərhələsinə sentyabrın 6-da Belarusla keçiriləcək qarşılaşma ilə başlayacaq. İtaliya isə birinci oyununu sentyabrın 5-də səfərdə İsrail millisinə qarşı keçirəcək.

Италия - Франция 1:3. Обзор товарищеского матча от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Son xəbərlər

Orphus sistemi