Bakı. 27 fevral.
"Report"un məlumatına görə, meydan sahiblərinin müdafiəçisi İvan Perişiç topu əlinə götürməsi üçün qolkiper Samir Handanoviçə ötürmə edib.
Bu zaman baş hakim Paolo Talyavento Perişiçi cəzalandırıb. Referi hesab edib ki, vəziyyət belə texniki fənd göstərməyi tələb etməyib. O, futbolçunun qeyri-idman hərəkətinə yol verdiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Fransa Liqasının XXI turunda "Nant"la səfər oyunu zamanı oxşar sarı vərəqəni PSJ-nin yarımmüdafiəçisi Marko Verratti alıb. O, həmin vaxt topu başla qapıçı Kevin Trappa göndərdikdə referi Yohan Amelin qəzəbinə tuş gəlib. Sonradan Amel hakimləri belə situasiyalarda cəsarətli olmağa çağırıb. Talyavento onu dinləyən ilk baş hakim olub.