İtaliya çempionatı: "Roma" səfərdə "İnter"i məğlub edib - VİDEO

İtaliya çempionatı: "Roma" səfərdə "İnter"i məğlub edib - VİDEO Görüş 3:1 hesabı ilə Roma komandasının xeyrinə başa çatıb
Futbol
27 Fevral , 2017 02:41
İtaliya çempionatı: Roma səfərdə İnteri məğlub edib - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ "Roma" futbol üzrə İtaliya çempionatının 26-cı turunda Milanın "İnter" klubunu səfərdə 3:1 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Raca Naynqqolan 12 və 56-cı dəqiqələrdə dubl edib.

Qonaqların daha bir qolunu Diyeqo Perotti vurub (85). Ev sahiblərinin heyətində Mauro İkardi (81) fərqlənib.

"Roma" bu qələbədən sonra 26 oyuna 59 xal ilə turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider "Yuventus"dan 7 xal geri qalır. "İnter" isə 48 xalla 6-cı pillədədir.

Matın 4-də keçiriləcək növbəti turda "Roma" "Napoli"ni qəbul edəcək, "İnter" isə bir gün sonra səfərdə "Kalyari"nin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi