İtaliya çempionatı: “Napoli” “Roma”nı məğlub edib - VİDEO

İtaliya çempionatı: “Napoli” “Roma”nı məğlub edib - VİDEO Romada keçirilən matç 2:1 hesabı ilə başa çatıb
Futbol
4 Mart , 2017 20:59
İtaliya çempionatı: “Napoli” “Roma”nı məğlub edib - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ "Napoli" futbol üzrə İtaliya çempionatının 27-ci turunda “Roma”nı səfərdə 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qalib komandanın heyətində Dris Mertens dubl edib (26 və 50-ci dəqiqələr).

Belçikalı hücumçu “Napoli”nin son 15 oyununda 16 qol vurub. “Roma”da Kevin Strotman (90) fərqlənib.

"Napoli" turnir cədvəlində 57 xal ilə üçüncü, "Roma" isə 59 xalla ikinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi