İtaliya çempionatı: "Napoli" "İnter"lə heç-heçə edərək liderliyini itirib - VİDEO

İtaliya çempionatı: "Napoli" "İnter"lə heç-heçə edərək liderliyini itirib - VİDEO "Yuventus" "Udineze" üzərində qələbə sayəsində birinci pilləyə yüksəlib
Futbol
12 Mart , 2018 02:58
İtaliya çempionatı: Napoli İnterlə heç-heçə edərək liderliyini itirib - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə İtaliya "A" Seriyasında 28-ci tura yekun vurulub.

“Report” xəbər verir ki, son oyun günündə mərkəzi görüş Milanın "San-Siro — Cuzeppe Meatsa" stadionunda "İnter" və çempionatın lideri "Napoli" arasında baş tutub və 0:0 hesablı heç-heçə ilə bitib.

"Napoli" heç-heçədən sonra xallarının sayını 70-ə çatdırıb və liderliyini itirərək ikinci pilləyə düşüb. "İnter" 52 xal ilə beşinci pillədə qalıb.

"Napoli" növbəti matçını evdə "Cenoa" ilə, Milan "İnter"i isə səfərdə "Sampdoriya" ilə keçirəcək. Hər iki qarşılaşma martın 18-də olacaq.

İtaliya çempionatı. 28-ci tur

"İnter" - "Napoli" - 0:0

"Verona" – "Kyevo" - 1:0

Qol: Karaççialo, 52

"Roma" – "Torino" - 3:0

Qollar: Manolas, 56, De Rossi, 73, Pelleqrini, 90+3

"Fiorentina" – "Benevento" - 1:0

Qol: Vitor Hüqo, 25.

"Krotone" – "Sampdoriya" - 4:1

Qollar: Trotta, 6, 36, Stoyan, 23, Viviano, 85 (aq) – Sapata, 69

"Sassuolo" –"SPAL" - 1:1

Qollar: El-Babakar, 31 – Antenuççi, 27

"Bolonya" – "Atalanta" - 0:1

Qol: de Ron, 83

"Yuventus" – "Udineze" - 2:0

Qollar: Dibala, 29, 49

"Cenoa" – "Milan" - 0:1

Qol: Andre Silva, 90+4

Son xəbərlər

Orphus sistemi