İtaliya çempionatı: "Napoli" "Bolonya"nın qapısından 7 qol keçirib - VİDEO

İtaliya çempionatı: "Napoli" "Bolonya"nın qapısından 7 qol keçirib - VİDEO Marek Qamşik və Dris Mertens hərəyə üç qol vurub
Futbol
5 Fevral , 2017 05:56
İtaliya çempionatı: Napoli Bolonyanın qapısından 7 qol keçirib - VİDEO

Bakı. 5 fevral. REPORT.AZ/ "Napoli" futbol üzrə İtaliya çempionatının 23-cü turunda "Bolonya"nı səfərdə 7:1 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Marek Qamşik (4, 70 və 74-cü dəqiqə) və Dris Mertens (33, 43, 90) hərəyə üç qol vurub, daha bir qolu isə Lorenso İnsinye öz adına yazdırıb. Ev sahiblərindən Vasilis Torosidis (36) fərqlənib.

Hazırda "Napoli" aktivində 48 xal ilə turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Bolonya" 27 xalla 13-cü sıradadır.

XXIII turun daha 8 qarşılaşması bazar günü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi