İtaliya çempionatı: "Milan" "Kalyari"ni məğlub edib - VİDEO

İtaliya çempionatı: "Milan" "Kalyari"ni məğlub edib - VİDEO Oyunda yeganə qolu Karlos Bakka vurub
Futbol
8 Yanvar , 2017 23:53
İtaliya çempionatı: Milan Kalyarini məğlub edib - VİDEO

Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 19-cu turunda "Milan" doğma meydanda "Kalyari" üzərində 1:0 hesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, matçda yeganə qolu 88-ci dəqiqədə hücumçu Karlos Bakka vurub.

Oyunun 94-cü dəqiqəsində qonaqların müdafiəçisi Bruno Alveş meydandan qovulub.

"Milan" hazırda 36 xal ilə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Aktivində 23 xal olan "Kalyari" 14-cü mövqedədir.

"Milan" yanvarın 16-da keçiriləcək növbəti turda səfərdə "Torino"nun qonağı olacaq, "Kalyari" yanvarın 15-də öz meydanında "Cenoa"nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi